Qızına görə baş məşqçi postundan ayrıldı

08.05.2011 | 6764 dəfə oxunub

“Beşiktaş”ın sabiq baş məşqçisi kimi tanıdığımız Jan Tiqana yenidən işsiz qalıb. Stadium.az xəbər verir ki, o, dünən keçirilən Fransa çempionatının 34-cü turunun oyunundan sonra “Bordo”dakı vəzifəsindən ayrıldığını bildirib.

Buna onun doğma meydanda “Soşo” ilə qarşılaşmada üzləşdiyi ağır məğlubiyyət səbəb olub. Belə ki, “Bordo” bu görüşdə 4 cavabsız qolla məğlub olub.

Qeyd edək ki, bu komandada böyük təzyiqlərlə üzləşdiyini hələ bir müddət öncə də dilə gətirən Tiqana istefa vermək istəsə də, rəhbərlik qəbul etməmişdi. Lakin bu dəfə artıq vəziyyətin dözülməz həddə çatdığını deyən mütəxəssis istefasının səbəblərindən danışarkən bunları söyləyib: “Həm mənim, həm də klub üçün bərbad bir gündü. Qızıma tribunada sözlü təzyiqlər, təcavüzlər oldu. Onun məktəbində də problemləri var. Bu üzdən mən də qərarımı verməli oldum”.

Qeyd edək ki, Tiqana “Bordo”nun sükanı arxasına bu mövsüm keçmişdi.

Elmar ƏLİZADƏ 



  #1   Adınız: Elchin Mamedov;   E-mail: ---

09.05.2011 03:16

Həqiqətən əla baş məşqçidir.. Beşiktaş onla qürur duyur!

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail