"Beşiktaş" növbəti bombasını partlatdı

11.06.2011 | 4712 dəfə oxunub

Türkiyənin bu yay transfer bazarındakı ən fəal klublarından olan “Beşiktaş” növbəti bombasını partladıb. Stadium.az xəbər verir ki, İstanbul klubu İngiltərənin məşhur “Mançester Yunayted” komandasında top qovan Bebeni heyətinə qatıb.
 
Qeyd edək ki, 21 yaşlı bu futbolçu da Portuqaliyalıdı. Heyətində Simao Sabroza, Manuel Fernandes və Rikardo Kuaresma kimi portəgiz ulduzların yer aldığı “Beşiktaş” bununla həm də bu ölkədən olan futbolçularının sayını artırıb.

Bebe ötən mövsümün əvvəlində 9 milyon avro qarşılığında “Vitoria de Guimares” komandasından “Mançester Yunayted”ə transfer olmuşdu. İngilislərin 5 illik müqavilə bağladığı futbolçu son mövsümdə 7 qarşılaşmada meydana çıxmağa da imkan tapmışdı. Premyer Liqada forma geydiyi 2 matçda qol sevinci yaşaya bilməyən Bebe, Çempionlar Liqasında 4 qarşılaşmada oynadı və elə Türkiyənin “Bursaspor” klubu ilə oynanılan qarşılaşmada 1 qol vurmuşdu.
 
Maraq üçün xatırladaq ki, “Beşiktaş” Bebedən öncə daha 6 futbolçunun- Veli Kavlak, Burak Kaplan, Tanju Kayhan, Egemen Korkmaz, Mustafa Pektemek, Sidney və Mehmet Akyüz keçidini həll edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail