"Dənizlispor"un baş məşqçisi "Xəzər Lənkəran"a gəlir

18.12.2013 | 5076 dəfə oxunub

Türkiyənin “Dənizlispor” klubunun baş məşqçisi postundan istefa verən Yusuf Şimşək “Xəzər Lənkəran”dan təklif alıb. Stadium.az xəbər verir ki, bu haqda gənc çalışdırıcının özü məlumat verib.

Həmyerlimiz Saşa Yunisoğlunun da formasını geyindiyi Dənizli təmsilçisindən ayrılmasına aydınlıq gətirmək üçün dünən mətbuat konfransı təşkil edən Şimşək hazırda “Xəzər Lənkəran”ın baş məşqçisi olan Mustafa Dənizlinin onu yanına çağırdığını söyləyib: “Mustafa Dənizli mənim müəllimimdir. Daha öncə “Dənizlispor”u çalışdırmağımı istəməmişdi. Xaricə gedən kimi, təkrar məni yanına çağırdı”.

Yusuf Şimşək ötən mövsümün sonlarında “Dənizlispor”dan təklif almışdı. Lakin həmin vaxt Mustafa Dənizli “Rizespor”da köməkçisi olan gənc çalışdırıcının getməsinə icazə verməmişdi.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail