«Fənərbaxça» «Bank Asiya»ya göndərilə bilər

Aziz Yıldırımı 30 illik həbs cəzası gözləyir

04.07.2011 | 5184 dəfə oxunub

 Türkiyədə futbolrncamiəsini şok salan həbslər davam edir. Stadium.Az xəbər verir ki,rn"Fənərbaxça"nın oyun alqı-satqısında iştirakı ilə bağlı həbsrnolunanların sayı 50-yə çatıb. Bu gün daha 8 nəfər saxlanılıb.

rnDünəndən saxlanılan "Fənərbaxça"nın prezidenti Aziz Yıldırımın bu günrnsəhəti pisləyşib. Klub rəhbəri polis idarəsindən birbaşa xəstəxanaya aparılıb.rnXəstəxanada 2 saat 15 dəqiqə qalan Aziz Yıldırım yenidən MütəşəkkilrnCinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb.

rnrn

"Fənərbaxça"danrnrəsmi açıqlama

rnrn

Aziz Yıldırımrnxəstəxanada olduğu müddətdə "Fənərbaxça"nın İdarə Heyəti toplanıb. İdarərnHeyətinin toplantısının ardınca isə klub rəsmi açıqlama yayıb. Klub rəhbərliyirn"Fənərbaxça" camiəsini birlik və bərabərliyə çağırıb:rn"Fənərbaxça" İdman Klubunun İdarə Heyəti bugün səhər saat 10.00-darntoplanaraq ictimaiyyəti bilgiləndirmək üçün aşağıdakı açıqlamanı yaymağırnməqsədəuyğun bildi:
rn1. Yaşanan müddətdə klub rəhbərliyimiin və camiəmizin türk ədalətinə inamırntamdı. Bu müddətin tez bir zamanda tamamlanacağına və ədalətin yerinirntapacağına inanırıq. Klubumuzun vəkilləri baş verənləri anba-an izləyir vərngərəkli hüquqi addımları atır.
rn2. "Fənərbaxça" İdman Klubu 104 illik bir keçmişə sahib ciddi vərnböyük bir qurumdu. Dünyanın sayılıb-seçilən idman klublarından biri olan,rnhissələri birjada satılan, yüzələrlə əməkdaşı və iki minə yaxın lisenziyalırnidmançısı olan, doqquz sahədə fəaliyyət göstərən klubumuz bütün idman vərnticarət fəaliyyətini dünən olduğu kimi bu gün də eyni səviyyədə davam etdirir. Şərtlərrnnə olursa-olsun klubumuz üzərinə düşən bütün məsuliyyəti yerinə yetirəcək.
rn3. Hazırda davam edən araşdırmanın hələ ki, yeni olması və hüquqirnayrıntılarının tam olaraq bilinməməsi səbəbindən çox sayda yalnış şərhlərrnverilir. İnformasiya kirliliyi içərisindən klubumuz haqqında yalnış fikirlərinrnsəslənməməsi üçün hər kəsi rəsmi orqanlar və klubumuz tərəfindən verilənrnaçıqlamalardan başqa heç bir məlumata etibar etməməyə çağırırıq.Mətbuat vərnşərhçilərdən gözləntimiz klubumuz və camiəmizə zərər verə biləcək xəbərlərirndərc və şərh etməməkdi".

rnrn

Polisrn"Fənərbaxça"dan rüşvət alanların şəkilini çəkib

rnrn

Olayla bağlı bu günrnyeni iddialar səslənib. Türkiyə mətbuatının məlumatına görə, bir sırarnfutbolçunun "Fənərbaxça" ilə bağlı danışıqları polis tərəfindənrndinlənilib.
rnDinləməyə düşən danışıqlardan "Eskişəhərspor"un oyunçusu Sezer Öztürkrnvə "Karabükspor"un futbolçu Emenike ilə bağlı maraqlı iddialar ortayarnçıxıb. Məlum olub ki, "Fənərbaçxa" rəhbərliyi hər iki futbolçuyarn"xidmətləriniz qarşılığında "Fənərbaxça" çempion olarsa sizirnklubumuza transfer edəcəyik" deyib. Hər iki futbolçu da telefonrndanışıqlarında olduğu kimi mövsüm bitən kimi "Fənərbaxça"ya transferrnolundu.
rnEmenikenin həkim arayışına rəğmən zədəli olduğunu söyləyibrn"Fənərbaxça" matçına çıxmadığı oyunda İstanbul klubundan pul aldığırniddia edilir. Hətta onun pul alarkən polis tərəfindən izləndiyi və şəkilininrnçəkildiyi də bildirilir. Emenike ilə yanaşı, Sezer Öztürk, Ümit Karan və BülentrnUyğunun da pul alarkən rəsmləri çəkilib.
rnPolisdəki mənbələrdən verilən məlumata görə, çempionluq uğrunda mübarizə aparanrn"Trabzonspor" da oyun almaq istəyib. Lakin buna nail ola bilməyib. Burnsəbəbdən "Trabzonspor"da da axtarış aparılıb. Amma heç kim həbsrnolunmayıb. 
rnBu arada Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin Aziz Yıldırmarnqarşı irəli sürdüyü ittiham məlum olub. "Fənərbaxça" prezidentirn"Şəxsi mənfəətlərinə görə silahlı cinayətkar qruplaşma qurmaq, idarətrnetmək və cinayət törətmək məqsədi ilə qurulan təşkilata üzv olmaq"darngünahlandırılır.
rnTürkiyə mətbuatı iddia edir ki, əməliyyatlar qarşıdakı günlərdə də davamrnetdiriləcək. Bu günlərdə daha məşhur şəxslərin həbsi gözlənilir. Olaylar sadəcərn"Fənərbaxça" ilə məhdudlaşmır. Hazırda əsasən üç klubla bağlırnhəbslərin olduğu barədə məlumatlar var. Bundan başqa 15 Super Liqa, 5 BankrnAsiya liqası matçı ilə bağlı araşdırmalar davam edir.
rnAraşdırma aparılan oyunlardan biri ötən mövsümün qırılma nöqtələrindən olanrnderbi matçıdı. Həmin oyunda baş hakimin matçın nəticəsinə birbaşa təsir etdiyirnbildirilir.

rnrn

"Fənərbaxça"nınrnsəhmləri ucuzlaşdı

rnrn

Aziz Yıldırımınrnhəbsindən sonra "Fənərbaxça"nın birjadakı səhmlərinin qiymətlərirnucuzlaşmağa başlayıb. Ötən həftə 71,25 lirə olan səhmlər 10,18 lirərnucuzlaşaraq, 64 lirəyə düşüb.
rn"Fənərbaxça" ilə yanaşı, "Beşiktaş" vərn"Trabzonspor"un da hissələri ucuzlaşıb. "Beşiktaş"ınrnsəhmələrinin qiyməti 7, "Trabzonspor"da isə 6 faiz aşağı düşüb.

rnrn

"Fənərbaxça"rnaşağı liqaya qovulacaq!

rnrn

İndi hamınırn"Fənərbaxça"nın aqibəti düşündürür. Bundan sonra nə olacaq? Klubunrnaqibəti necə ola bilər?
rnFutbol dünyasını sarsıdan bu olay həm kluba, həm rəhbərliyə, həm də idmançılararntəsir edə bilər. Başda "Fənərbaxça" olmaqla olaya adı qarışanrn"Sivasspor" və "Eskişəhərspor" da aqibəti araşdırmanınrnsonucuna bağlıdı. 
rnTəbii ki, ən çətin vəziyyətə "Fənərbaxça" düşəcək. İstanbul klubununrnçempionluğu əlindən alınacaq, komanda aşağı liqaya göndəriləcək, ÇempionlarrnLiqasına qatılmaq hüququndan məhrum olacaq, Aziz Yıldırım isə 6 ittihamla 30 ilrnhəbs cəzası alacaq.
rnÇempionlar Liqasının birbaşa qrup mərhələsinə qatılmalı olanrn"Fərənbaxça"nın durumunu UEFA yaxından izləyir. Türkiyə FutbolrnFederasiyası qrup mərhələsinin püşkü atılana qədər - avqustun 25-dək durumlarnbağlı UEFA-ya məlumat verməlidi. İttihamlar sübut olunsa, o zamanrn"Sarı-lacivərdlilər" Çempionlar Liqasına qatıla bilməyəcək.
rnBelə olan halda mövsümü ikinci pillədə bitirən komanda birbaşa ÇempionlarrnLiqasının qrup mərhələsinə qatılacaq. Lakin 15 avqustda play-off-dakı rəqibirnmüəyyənləşəcək "Trabzonspor"da da axtarış aparılması vəziyyətirnqəlizləşdirib. Hazırda Trabzon klubunun oyun alqı-satqısına qarşıb-qarışmamasırnməlum deyil. "Trabzonspor" istintaqdan təmiz çıxsa, birbaşarnÇempionlar Liqasının qrup mərhələsinə qatılacaq.

rnrn

Polis Yılmaz Vuralırnaxtarır

rnrn

Bu arada polisrn"Konyaspor"un sabiq baş məşqçisi Yılmaz Vuralı axtarışa verib. Bunarnsəbəb XXV turda "Şükrü Saracoğlu" stadionunda keçirilən vərn"Fənərbaxça"nın 2:0 hesabı ilə qalib gəldiyi matçın satılması olub.
rnLakin "Konyaspor"un prezidenti İlker Özkan buna inanmır: "Yılmazrnhocanın belə bir addım atacağına, oyun satacağına inanmıram. Həmin vaxtrn"Fənərbaxça" güclü bir dönəmdə idi və yaxşı oyun sərgiləyirdi. Bizrnisə çətin bir dönəm keçirirdik". 
rn"Beşiktaş"ın vitse-prezidenti Sərdal Adalının isə Türkiyə Kubokununrnoyununda "İstanbul BB"nin oyunçusu İbrahim Akına "Bu oyundarnoynama. Səni "Beşiktaş"a aparacam" dediyi ortaya çıxıb.
rn"Beşiktaş"la təlim-məşq toplanışı üçün Avstriyaya yollanan SərdarrnAdalının bu səbəbdən geri çağırılacağı deyilir.

rnrn

Dövlət olayla bağlırnaçıqlama verdi

rnrn

Olaylarla bağlı TürkiyərnFutbol Federasiyası açıqlama yayıb: "Təhlükəsizlik orqanları tərəfindənrnölkə futbolunda genişmiqyaslı araşdırmalar başlayıb. Baş verənlər federasiyamızrntərəfindən anba-an izlənilir. Baş verənlərlə bağlı dəqiq məlumatlar əldə edilənrnkimi bu barədə ictimaiyyətə informasiya veriləcək.  
rnMəsələ ilə bağlı açıqlama verən "Fənərbaxça" rəsmisi Yüksel Günayrndövləti ittiham edib: "Çirkin bir olaydı, bunu deyə bilərəm. Bu polisrndövlətidi. Bunu deməkdən çəkirmirəm. Çünki bizə qarşı çirkin oyun qurulub.
rnAKP-dən millət vəkili seçilən "Qalatasaray"ın əfsanəvi futbolçusurnHakan Şükürdə olaylarla bağlı açıqlama verib: "Onlar çempionluğa gedənrnyolda zaman-zaman bənzər iddialarla rastlaşmışdı. Bu dönəmdə belə çıxışlarınrnolması təbiidi. Amma ən son qəbul olunan qanun layihəsində bu cür olaylarınrnüzərinə gediləcəyi söylənilmişdi. Bu gün həmin durumu yaşayırıq. Hələ ki, heçrnbir nəticə yoxdu. Ümid edirəm ki, çox dəyərli başqanlarımız, futbolçurndostlarımız və məşqçilər bu durumdan günahsız olduğunu sübut edərək azadrnolunacaq. Vəziyyətin belə olması bir az da yaxşıdı. Bundan sonra türk futbolu birrnaz rəsmiyyət və ciddiyət qazanar". 
rnDövlət tərəfindən də baş verənlərə münasibət bildirilib. Hakim partiyanınrnbaşqan yardımçısı Hüseyn Çelik bunları deyib: "Söylənilənlərin 5 faizirnbelə doğrudusa, çox qorxunc şeylər baş verir. Türk idmanı adına bu bir rəzalətdi.rnBaş verənlər inşallah idmanımızın təmizlənməsinə xidmət edər". 
rnSabiq daxili işlər naziri, hazırda isə millət vəkili olan Beşir Atalay darnməsələ ilə bağlı açıqlama verib: "Türkiyə bu mənada daha təmiz bir toplumarnçevirili. İstər idman, istərsə də digər sahələrdə bu kimi şeyləri üzə çıxarmaqrnbizi xoşbəxt edir. Hər şey dəqiq araşdırılsın, hər şey ortaya çıxsın.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

23.08.2019

22.08.2019

21:26  "Linfild" - "Qarabağ" - HEYƏTLƏR

11:10  Azərbaycanın mövqeyi dəyişməz qaldı - UEFA reytinq cədvəli

03:09  Messi sağalıb

21.08.2019

20.08.2019

19.08.2019

22:03  "Neftçi"dən xal itkisi - YENİLƏNİB

19:40  "Neftçi" - "Sabah" -HEYƏTLƏR

18.08.2019

22:02  "Zirə" məğlubiyyətlə başladı - YENİLƏNİB

19:23  “Səbail” – “Zirə” -HEYƏTLƏR

14:34  "Arsenal" - "Burnley" 1:2 VİDEO

16.08.2019

18:20  “Keşlə” – “Qarabağ” - HEYƏTLƏR

15.08.2019

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi