"Qalatasaray"ın 328 milyon dollar borcu var

09.07.2011 | 6361 dəfə oxunub

"Qalatasaray"ın borclarının məbləği müəyyənləşib. Stadium.Az xəbər verir ki, bu barədə klubun prezidenti Ünal Aysal bu gün keçirilən maliyyə konqresində məlumat verib.
Aysal bildirib ki, klubun 149,6 milyonu dollar bank kreditləri olmaqla 328 milyon dollar borcu var. Ödəmə zamanı keçmiş borcların məbləği isə 73,6 milyon dollardı: "Klubun gəlirləri 2,5 il boyunca banklara ödənməyə təhkimlidi. Vaxtı keçmiş borcun məbləği də gözləntimizdən daha çoxdu. Günahkar axtarmaq lazım deyil. Günahkarı başqa yerdə axtarmayın. Çünki günakar bizik. Bu məsələlərlə illərdi maraqlanmadığımız üçün günahımız böyükdü".
Hər şeyə rəğmən Aysal ümidini itirmir: "Qalatasaray"ın həll olunmayacaq problemi yoxdu. Önəmli olan problemləri qısa zamanda, ən az xərc çəkməklə həll edib, bu vəziyyətdən güclənərək çıxaqdı. İndi sizdən ehtiyacımız olan səlahiyyəti istəyirəm. Burda sizlərdən 14 mayda üzərimizə götürdüyümüz məsuliyyəti yerinə yetirə bilmək üçün dəstək və səlahiyyət istəyirik. Bəzi problemləri həll etməliyik. Gecikən borcu, ayda orta hesabla 15,5 milyon dollarlıq klub xərclərini və transferlər üçün pul ödəməliyik".
Klub rəhbəri "Qalatasaray Sportif A.Ş"nin hissələrinin satılmayacanı bildirib: "Biz klub hissələrinin satılmasına yol verməyəcəyik. Sadəcə, həmin hissələri banklara girov kimi qoyacağıq və pul ödənən zaman eyni qiymətə geri almaq şərti ilə çıxış edəcəyik. Bununla bağlı danışıqlar yekunlaşıb. İndi sadəcə sizin bu səlahiyyəti bizə verməyiniz laxımdı".
UEFA-nın 2012-ci il üçün nəzərdə tutulan sisteminə əsasən klubların şəxslərdən və idarəçilərdən borc almayacağını bildirən Aysal kimsənin puluna ehtiyac duymadığını bildirib: "Qalatasaray"ın kimsənin puluna ehtiyacı yoxdu. Ciddi nağd pul problemimiz var, amma çox dəyərli mənbələrimiz də möcuddu. Ehtiyacımız insanların pulu deyil, onların təcrübələri və "Qalatasaray"a olan sevgisidi".rnrnrnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail