Subaşiçdən 1 qol, iki məhsuldar ötürmə

05.05.2014 | 4413 dəfə oxunub

Türkiyənin PTT 1-ci liqasında 38-ci tura yekun vurulub. Stadium.az xəbər verir ki, millimizin serbiyalı sabiq üzvü Branimir Subaşiçin çıxış etdiyi “Orduspor” “Şanlıurfaspor”un qonağı olub. Ordu təmsilçisi 4:3 hesablı qələbə qazanıb. Start heyətində yer alan Subaşiç 90 dəqiqə oynayıb. Branimir bu oyunda iki məhsuldar ötürmə verərək bir qol da vuraraq komandasının qələbəsində əsas rol oynayıb. Bu qol Subaşiçin cari mövsümdə 8-ci qolu olub. 
"Orduspor" mövsümü 71 xalla üçüncü pillədə bitirərək, Super Liqaya birbaşa vəsiqə qazanmaq imkanını əldən verib. Subaşiçin komandası play-off mərhələsinə qatılacaq. 
Bu mərhələyə mövsümü 3-6-cı pillələrdə bitirmiş 4 komanda qatılacaq. Artıq yarımfinalda qarşılaşacaq cütlüklər bəllidi. Branimir Subaşiçin forma geyindiyi "Orduspor" həlledici matça vəsiqə uğrunda "Mersin İdman Yurdu"nu sınağa çəkəcək. Digər yarımfinal cütlüyündə isə "Ankaraspor"la "Samsunspor" qarşılaşacaq.
Yarımfinalın ilk matçları mayın 9-da, cavab qarşılaşmaları 13-də baş tutacaq. Bu cütlüklərdə qalib gəlmiş komandalar mayın 18-də finalda qarşılaşaraq Super Liqaya vəsiqənin sahibini müəyyənləşdirəcək.
Mövsümü ilk iki pillədə başa vurmuş "İstanbul BB" və "Balıkesirspor" Super Liqaya çıxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail