Rəhman Hacıyev komandasını xilas etdi, ancaq...

23.08.2014 | 4401 dəfə oxunub

Türkiyənin Sivas şəhərində "Cümhuriyyət Kuboku" turnirinə start verilib. Stadium.Az xəbər verir ki, 4 komandanın mübarizə apardığı yarışın ilk yarımfinalında "Sivasspor"la "Qazianteb BB" klubları qarşılaşıb.

Sivas klubunda oynayan millimizin üzvü Cihan Özkara meydana çıxmayıb. "Qaziantep klubunun heyətində çıxış edən üç həmyerlimizdən ikisi isə start heyətində yer alıb. Belə ki, Ufuk Budakla Vaqif Cavadov "ilk 11-lik"də meydanda mübarizə aparıb. Lakin Cavadov matçın 64-cü dəqiqəsində digər həmyerlimiz Rəhman Hacıyevlə əvəzlənib.

Rəhman meydana çıxdıqdan 19 dəqiqə sonra komandasını məğlubiyyətdən xilas edib - 3:3. Bununla da qalibi müəyyən etmək üçün penalti seriyalarına ehtiyac duyulub. Burada daha dəqiq olan meydan sahibləri finala vəsiqə qazanıblar - 4:2.

"Sivasspor" finalda "Adana Demirspor"la üz-üzə gələcək. "Qaziantep BB" isə üçüncü yer uğrunda mübarizədə "Mersin İdman Yurdu" ilə görüşəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail