Rail Məlikov “Dənizlispor”dan ayrıldı

10.12.2014 | 4099 dəfə oxunub

Azərbaycanlı futbolçu Rail Məlikov formasını geyindiyi Türkiyənin “Dənizlispor” klubundan ayrılıb. Stadium.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, guya gözlənilən oyunu göstərə bilməyən, intizamsız hərəkətlərinə davam edən və baş məşqçi Özcan Bizati ilə dalaşan yığmamızın sabiq müdafiəçisi klubundan göndərilib.

Railin qovulma səbəbi “Antalyaspor” və “Karşıyaka” ilə oyunlar öncəsi məşqləri səbəbsiz buraxmasıdı. Qış fasiləsində futbolçunun müqaviləsi ləğv ediləcək.

 Artıq “Dənizlispor”un baş məşqçisi Özcan Bizati də məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, Railə bu komandada yer yoxdu: “Karşıyaka” ilə matçda onu start heyətində meydana buraxmağı planlaşdırırdım. Amma taktiki hazırlıq zamanı onu həvəssiz görüncə xəbərdarlıq etdim. Mənə oynamaq istəmədiyini dediyi zaman şoka düşdüm. Bizim üçün Məlikov dəftəri artıq bağlanıb”.

Ancaq türklərin yazdıqları hüç də həqiqətə bənzəmir. Çünki məhz onlar Railin sonuncu oyununda Məlikovun çıxışını ən yüksək olan 8 balla qiymətləndirmişdilər. Görünən odur ki, Bakıya ailəsinə dəyməyə gələn və icazədən bir gün sonra düşərgəyə qayıdan Rail məhz bundan sonra klubda yerin soyutdu. Hətta komandanın baş məşqçisi Özcan Bizati saytımıza müsahibəsində Railin ilk “11” futbolçusu olduğun bildirərək, Məlikova əsas heyətdə şans verəcəyini açıqlamışdı? Bəs nə oldu? Görünən odur ki, baş məşqçinin Raillə arası dəyib və buna görə də Məlikov “Dənizlispor”dan ayrılmalı olub.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail