Türkiyə Superliqasının formatı dəyişdirildi

21.08.2011 | 5246 dəfə oxunub

Türkiyə Superliqası yeni mövsümdən fərqli formatla keçiriləcək. Stadium.az xəbər verir ki, bu haqda Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Ali Aydınlar açıqlama verib.

Son yaşanan hadisələrdən sonra Türkiyə futbolunun imicini yenidən özünə qaytarmağa çalışan Aydınlar bunun çıxış yolunu Superliqanın formatının dəyişdirilməsində görüb.

Aydınların sözlərinə görə, yeni mövsümdən etibarən Superliqada ilk 4 yeri tutan komandalar öz aralarında "play-off" oyunları oynayacaq. Məhz bundan sonra Çempionlar Liqasına gedəcək komandaların adına aydınlıq gələcək.

"Play-off" görüşlərindən sonra birinci yeri tutan komanda birbaşa Çempionlar Liqasına, ikinci yeri tutan klub isə ÇL-in "play-off" mərhələsində oynamaq imkanı qazanacaq.

Bu yarışda üçüncü pilləni tutan komanda Avroliqaya gedəcəyi halda, dördüncü yerin sahibi isə gözləməli olacaq. Çünki Superliqanı 5-ci və 8-ci pillədə başa vuran 4 komanda da öz aralarında "play-off" oyunları keçirəcək. Burada qalib olan tərəf isə ÇL uğrunda yarışmada 4-cü pilləni tutan komanda ilə neytral meydanda oyun keçirəcək.

Məhz bu oyundan sonra Avroliqaya gedəcək növbəti komandanın adı müəyyənləşəcək. Türkiyə kubokunun sahibi isə birbaşa Avroliqada çıxış edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail