"Baş məşqçi ilə deyil, bir kukla ilə çalışırıq"

30.12.2014 | 4448 dəfə oxunub

"Beşiktaş"ın forvardı Demba Ba yanvarın 17-i Ekvatorial Qvineydada baş tutacaq Afrika Millətlər Kubokunda iştirak etməyəcək. Stadium.Az xəbər verir ki, buna səbəb futbolçunun Seneqal milli komandasına çağrılmaması olub. Ba bu məsələyə münasibət bildirib. Hücumçu milli komandaya rəhbərlik edən Alen Jiresi ciddi tənqid edib. 

"Baş məşqçi ilə deyil, bir kukla ilə çalışırıq. Çünki bəzi qərarları onun vermədiyi açıq-aşkar görünür. Tunisdə uduzduğumuz oyundan sonra çaşqın halda soyunub-geyinmə otağına gəldi. Hardan başlayacağını özü də bilmirdi. İllər öncə ayağım qırılmışdı. Daha sonra 3-4 il İngiltərədə futbol oynadım. Zədə səbəbindən ən çox 2 oyunda çıxış etməmişəm. Nə "Nyukasl", nə də "Çelsi"də zədəyə görə oynamadığımı xatırlamıram. "Beşiktaş"da isə 2 yüngül zədəm oldu. Jires məsuliyyəti zədənin üzərinə atmamalıdır. Bu mövsüm avrokuboklarda 8 qol vurmuşam. Superliqada da fəqlənməyi bacarıram. 3 gündən bir oynaya bilməyəcəyimi deyir. Bəhanə gətirməkdənsə, əsaslı səbəblər tapmalıdır".

Qeyd edək ki, Seneqal qitə kubokunun C qrupunda Qana, Əlcəzair və CAR milli komandaları ilə mübarizə aparacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail