Fransa jurnalı Ardaya 6 səhifə ayırdı: "Ərdoğan dostumdur"

12.02.2015 | 4113 dəfə oxunub

Türkiyə millisinin və "Atletiko"nun futbolçusu Arda Turan Fransanın "So Foot" dərgisinin son nömrəsinə maraqlı müsahibə verib. Stadium.Az xəbər verir ki, Fransa nəşri türk yarımmüdafiəçiyə 6 səhifə yer ayırıb.

A.Turan müsahibəsində Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğanla münasibətlərinə də toxunub. O, prezidentlə yaxşı münasibətlərinin olduğunu deyib:

"Onu 8 yaşımdan bəri tanıyıram. Ərdoğan mənim bu ölkə üçün yaxşı nümunə olduğumu söyləmiş və məni təbrik etmişdi. O, futbolu çox sevir. Bəzən matçlardan öncə paltardəyişmə otağına gələrək bizə uğurlar arzulayır. Onunla köhnə dostlar kimiyik. Ərdoğanla qarşılaşanda hər şeydən danışırıq".

A.Turan bildirib ki, əgər bir gün evlənərsə, Ərdoğanı toyuna dəvət edəcək.

27 yaşlı oyunçu onu da qeyd edib ki, futbolçu olmasaydı, diplomat və ya prezident olmaq istərdi: "Hətta bəlkə prezident seçilə bilərdim".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail