Prosineçki "Beşiktaş"ın hədəfində

20.05.2015 | 4285 dəfə oxunub

Milli komandamızın baş məşqçisi Robert Prosineçki "Beşiktaş"ın "radar"ına düşüb. Stadium.Az xəbər verir ki, Türkiyə mətbuatı İstanbul nəhənginin xorvatiyalı mütəxəssisə təklif göndərdiyini yazıb. İddiaya görə, cari mövsüm çempionluğu əldən verən "qara qartallar" artıq Slaven Biliçlə yola davam etmək istəmirlər. Elə xorvatiyalı çalışdırıcı da İstanbulda qalmaqda maraqlı deyil.

Onun yerinə məşqçi axtarışına çıxan "Beşiktaş"ın siyahısında isə 5 mütəxəssisin adı var: Şenol Günəş, Mustafa Dənizli, Mirça Luçesku, Luis Felipe Skolari və Prosineçkib.

Menecerlər vasitəsilə Prosineçki ilə danışığa başlayan “qara qartal” digər namizədlərdən gələcək cavaba uyğun hərəkət edəcək. Xüsusilə Şenol Günəş, Mustafa Dənizli və Mirça Luçesku ilə danışıqlar səmərə verməsə, rəhbərlik bütün gücünü Prosineçki ilə razılığa gəlmək üçün səfərbər edəcək.

Millimizi çalışdıran Prosineçki məşqçilik karyerası ərzində “Srvena Zvezda” və “Kayserispor” klublarına da başçılıq edib. İlk iş yeri olan Xorvatiya millisində isə o, Slaven Biliçin köməkçisi funksiyasını yerinə yetirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail