Naci Şensoy: “Qəbələ”nin sürpriz edəcəyini gözləyirdim, amma...”

08.09.2015 | 4044 dəfə oxunub

İndi bütün azərbaycanlı futbolsevərlər gözünü “Qarabağ” və “Qəbələ”yə dikib. Belə ki, təmsilçilərimizin Avroliqanın qrup mərhələsindəki çıxışı səbirsizliklə gözlənilir. Onlar da qrup mərhələsindəki oyunlarla azarkeşlərinə sevinc bəxş etməyə davam etmək istəyir.


Bir zamanlar ölkəmizdə “Turan” klubunu çalışdırmış, tanınmış türkiyəli futbol mütəxəssisi Naci Şensoy da “Qəbələ” və “Qarabağ”ın uğurlarına biganə qalmır, zaman-zaman sosial şəbəkələrdə komandamıza təbrik mesajları yazır. Naci bəy həmişə Azərbaycan futboluyla maraqlanıb. Bu üzdən onunla söhbətləşmək qərarına gəldik. Ürəyinin dolu olduğunu hiss etmişdik.


Müsahibə verən N.Şensoy Ağdam klubunun təcrübəsinin daha da artdığını deyib. “Qəbələ”dən isə bu sürprizi gözləyirmiş.


- İlk olaraq “Qarabağ”ın avrokuboklardakı çıxışından danışaq...

- "Qarabağ" artıq ikinci dəfədir Avroliqada qrupa düşür. Bu o deməkdir ki, komandanın təcrübəsi daha da artır. Pley-off matçlarında gözəl, gözəçarpan futboldan çox ağıllı, şüurlu və nəticə verə biləcək futbol oynamaq daha məntiqlidir. Çünki bu cür matçlarda edilən ən kiçik bir səhvin kompensasiyası yoxdur.


- Ağdam klubu belə oyunla hara qədər davam edə bilər?

- Qrup matçlarında xal sistemi olduğu üçün "Qarabağ" həm öz oyununu gözəlləşdirəcək, həm də nəticə qazanmağa can atacaq.


- Bəs “Qəbələ”? Sizi təəccübləndirdimi?

- Açığı deyim ki, "Qəbələ"nin sürpriz edə biləcəyini gözləyirdim. Amma belə rəqibə qarşı deyil. Azərbaycan təmsilçisinin Yunanıstanın ən böyük iki klubundan biri sayılan "Panatinaikos"u kuboklardan kənarlaşdırmasını mükəmməl adlandırardım.


- Roman Qriqorçuk və komandası sizcə qrupda da sürpriz edə biləcəkmi?

- Çox sevdiyim bir ingilis deyimi var: “They are able because they believe they are able”(onlar bacarırlar, çünki bacara biləcəklərinə inanırlar). Deməli, hər şeydən əvvəl inam lazımdır.


- Yəni?

- "Qəbələ" də emosiyalarını boğub, öz gücünə inanarsa, qrup oyunlarında gözəl nəticələr verə bilərlər. İnanmaq bacarmağın yarısıdır və zəfər həmişə inananların yanındadır.publika.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail