Hiddink: "Azərbaycanı da məğlub edib bunu gerçəkləşdirəcəyik"

Türkiyənin baş məşqçisi hər iki oyundan ümidlidir

06.10.2011 | 6210 dəfə oxunub

AÇ-2012-nin seçmə mərhələsində millimizlə bir qrupda yer alan Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink qarşıdakı oyunlar barədə danışıb.

Stadium.az xəbər verir ki, hollandiyalı mütəxəssis bildirib ki, hər iki oyundan qələbə ilə ayrılıb məqsədə nail olmaq istəyirlər:

"Püşk atılanda düşünmək olardı ki, biz qrupda birincilik üçün oynayacağıq. Lakin Almaniya kimi bir komandanın varlığı bu istəyimizə mane oldu. İndi ikincilik şansımız var və bunu əldə etmək istəyirik. Bunun üçün isə bütün diqqətimizi təkcə sabahkı oyuna yox, hər iki oyuna yönəltmişik. Azərbaycanı da məğlub edərək bu istəyimizi gerçəkləşdirmək istəyirik".

Hiddink daha sonra deyib ki, Türkiyə Avropa Çempionatının final mərhələsinə vəsiqə qazansa, o, özünü uğurlu məşqçi hesab edəcək: "Yalnız Türkiyə AÇ-nin final mərhələsinə vəsiqə qazansa, mən özümü uğurlu sayaram. Bununla belə, Türkiyə futbolunun hazırkı durumuna nəzər saldıqda, milli komandanın heç də pis təsir bağışlamadığını görə bilərik. İndi son 2 oyunumuz qalıb. Bu iki oyunda da bizə lazım olanı əldə edəcəyimizə ümid edirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail