“Fənərbağça”ya rəqib olan “Lokomotiv” cəzalandırıla bilər

16.12.2015 | 3322 dəfə oxunub

“Fənərbağça” futbol klubunun UEFA Avropa Liqası yarışlarının onaltıdabir final mərhələsindəki rəqibi “Lokomotiv” (Moskva) cəzalandırıla bilər.


Stadium.az xəbər verir ki, Belçikanın “FederBet” bukmeker şirkəti UEFA-ya şikayət məktubu göndərib. Buna səbəb Avropa Liqasının qrup mərhələsinin son turunda “Skenderbeu” (Albaniya) –“Lokomotiv” matçında baş verən hadisələrdir. Şirkətin iddiasına görə oyunda danışılmış qollar vurulub.

Xatırladaq ki, görüşün 2 qolu son dəqiqələrdə vurulub. Matçın 77-ci dəqiqəsində hesab 1:0 olarkən Asiya bazarında üst proqnozuna külli miqdarda pul qoyuluşu edilib. Maraqlıdır ki, hesabın 87-ci dəqiqəyədək dəyişməməsinə baxmayaraq pul qoyuluşları davam edib. Oyunun 88 və 90-cı dəqiqələrdə “Lokomitv” daha 2 qol vurub və proqnoz doğrulub.

“FederBet” şirkəti görüşün sonlarında “Skenderbeu” klubunun müdafiəsində baş verən qəribə xətaları da diqqətə çatdırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail