Özil: "Türkiyənin Azərbaycanla oyunda xal itirəcəyini ağlıma da gətirmirəm"

Məsutun atası Türkiyəyə inanır

09.10.2011 | 3770 dəfə oxunub

AÇ-2012-nin seçmə mərhələsinin "A" qrupunun son turunda keçiriləcək oyunlarla bağlı daha bir maraqlı fikir səsləndirilib.

Stadium.az xəbər verir ki, bu dəfə Almaniya millisinin türk əsilli futbolçusu Məsut Özilin atası Mustafa Özil açıqlama verib. O, Türkiyənin Azərbaycana, Almaniyanın da Belçikaya qalib gələcəyinə inandığını deyib:

"Türkiyənin Azərbaycanla oyunda xal itirəcəyini ağlıma da gətirmirəm. Türkiyə bu oyunda asanlıqla qələbə qazanacaq. Əslində, Azərbaycandakı oyunda məğlub olmasaydılar, indi ikinci sırada Belçika yox, Türkiyə olardı. Amma, kefinizi pozmağa dəyməz. Belçika bir neçə günlük 2-ci sıranı tutub. Çünki Almaniya onları məğlub edəcək. Heç kim narahat olmasın.

Məsut da öz vəzifəsinin öhdəsindən layiqincə gələcək və işi bitirəcək. Onun bu qarşılaşmaya daha yüksək və daha fərqli motivasiya ilə çıxacağına əminəm. Oğlum Belçikaya qarşı əlindən gələni edəcək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

30.05.2020

21:35  Depay sağalıb

29.05.2020

28.05.2020

27.05.2020

26.05.2020

24.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ