"Qələbə qazanmaq istəyimiz heç vaxt azalmayacaq"

06.06.2016 | 3773 dəfə oxunub

"Bu, Avropa çempionatı öncəsi son matçımız idi. Oyuna yaxşı başladıq. Ancaq qol vurduqdan sonra topu rəqibdən almaqda çətinlik çəkdik. İkinci hissə daha fərqli keçdi. Sürətli hücumlarımız rəqibə təhlükə yaratdı. Topla çox oynayan tərəf biz olduq. Qalibiyyət gözəldir, ancaq bizim üçün qələbə qazanarkən doğrularımızı, yanlışlarımızı görmək daha önəmlidir".


Stadium.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri Türkiyə millisinin baş məşqçisi Fatih Terim "Avro-2016" öncəsi Sloveniyaya 1:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyunundan sonra deyib.

O, qarşılaşdıqları hər bir komandanın ciddi rəqib olduğunu bildirib:

"Hər bir komanda ciddi rəqibdir. Bəzi futbolçuları zədələnmələrinin qarşısını almaq üçün əvəzlədim.  Oyunçularım məşqlərdə, yoldaşlıq görüşlərində özlərini yaxşı tərəfdən göstərirlər.Avropa çempionatının mühiti fərqli olacaq. Səhvlərimizi bu turnirə kimi düzəldəcəyik. Qələbə qazanmaq istəyimiz heç vaxt azalmayacaq.  Bu, bizim ən önəmli silahımız olmalıdır. Amma əsas olan oyun zamanı nəzarəti ələ almaqdır. Bugünkü görüşdə bu baxımdan bir az çətinlik çəkdik. Ancaq yenə də komandadan məmnunam. Səhvlərimizi gördük. Həmin səhvləri Avropa çempionatında etməyəcəyik. Çünki bu turnir səhvləri bağışlamır".

F.Terim aylar sonra millidə qol vuran Burak Yılmaz haqda da danışıb:

"Burakın bugünkü çıxışı sevindirici idi. Qapıçımız və müdafiəçilərimizin oyununu da bəyəndim. Orta xəttdə də istədiyim kimi çıxış etdik.  Nələr etdiyimizi yenidən görmək üçün bu matçın videoyazısınızı izləyəcəyik. Türkiyə millisi qələbə qazanmağa davam edir. Bütün matçlarda yaxşı oynamağa çalışacağıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail