Emre Mor: "Mən türkəm və hər zaman da türk olaraq qalacam"

02.09.2016 | 4779 dəfə oxunub

Türkiyə yığmasının gənc ulduzu Emre Mor üzr istəyib.

 Stadium.az xəbər verir ki, Rusiyaya qarşı yoldaşlıq matçında Türkiyə himni səslənərkən saqqız çeynəyən Mor sosial şəbəkə istifadəçilərinin tənqidinə tuş gəlib. Hamıdan üzr istəyən Emre Mor saqqız məsələsinə aydınlıq gətirib: "Himn zamanı həyəcanlı olduğundan saqqızı çıxarmağı unutdum. Həyəcanlı olduğum üçün hər matçdan öncə saqqız çeynəyirəm. Bu mövzuda hamıdan üzr istəyirəm. Mən bu ölkənin nümayəndəsiyəm və meydanda sona qədər vuruşuram. Öyrənəcək çox şey olduğunun fərqinə varıram".

Üzləşdiyi tənqidləri normal qəbul edən 19 yaşlı futbolçu onu türk olmamaqda günahlandırandan da incidiyini söyləyib: "Tənqid insanı kamilləşdirir, amma bəzi məsələlər mənə pis etdi. Məni türk olmamaqla günahlandıranları da gördüm. Mən türkəm və hər zaman da belə olacam. Fərqli düşünsəydim, bu gün Türkiyə yox, Danimarkanı seçərdim".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail