Şenol Günəş Kiyev faciəsini dəyərləndirdi

07.12.2016 | 4447 dəfə oxunub

Ötən gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin son oyununda "Beşiktaş" səfərdə Kiyev "Dinamo"suna 6 cavabsız qolla məğlub olaraq turnirlə vialaşdı. Stadium.Az xəbər verir ki, oyunun 30-cu dəqiqəsində qarşılaşmanı idarə edən şotlandiyalı hakim Kreyq Tomson heç olmayan yerdə İstanbul klubunun qapısına penalti təyin edərək müdafiəçi Andres Bekə də qırmızı vərəqə göstərdi.

Haqsız penalti və qırmızı vərəqədən sonra oyundan düşən "Beşiktaş" qapısında 5 qol gördü. Bundan sonra da hakimin qərəzli idarəçiliyi ilə üzləşən "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş oyun haqda danışıb:

Ağır söz söyləmək mənim üçün doğru olmaz. Danışmama haqqımdan istifadə edirəm. İstanbuldakı matçda Alman hakimin vermədiyi penalti, belə bir penalti verən həm də Napoli matçında verilən penaltini görsəniz... Söhbət başqa yerlərə gedir. Bir söz söyləyib səhv etmək istəmirəm. Sözümüz, edəcəyimiz hərəkət bizə yeni zərərlər verər. Kabus kimi bir gecə yaşandı. Qərarlara baxsaq görərik. Bir söz söyləyib də cəza almaq istəmirəm. Belə idarəçilik olmaz!

Bütün bunları təcrübə etmək acı olur, amma belə hallar yaşanır. Bir an əvvəl toparlanmamız  lazımdır. Uğursuzluq var, pis nəticə var. Məsuliyyəti mənimdir. Heç bir oyunçunu tənqid edə bilmərəm. Yalnız gərəksiz səhv edərək komandanı azlıqda qoymaq, və nəzarəti itirmək mövzusunu düzəltmək məcburiyyətindəyik".

Şenol Günəş ukraynalı jurnalistin penaltinin doğru qərar olmasını söyləməsi üzərinə isə belə danışıb:

"Sahədə utandıran vəziyyəti siz yaza  bilirsinizmi? Olmayan penaltini gördük. Arxamda gözüm yox, meydana baxıram. Siz meydana baxarkən demək ki, tribunaya baxırsız”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail