Arda terrordan danışdı: "Mənə bir şey olsa..."

16.12.2016 | 6309 dəfə oxunub

“Barselona”nın türkiyəli futbolçusu Arda Turan vətəninə və islam dünyasında baş verən terror hadisələrinə toxunub. Stadium.Az xəbər verir ki, arda qanlı olayar barədə belə danışıb:

“Mənə bir şey olsa, öz ölkəmdə torpağa tapşırılacağam. Ona görə də mən bütün varlığımla ölkəmin, əsgərimizin, polisimizin yanındayam. Türkiyə torpaqları savaşmaq yox, yaşamaq üçündür.

Hələbdə, müsəlman torpaqlarında insanlıq dramı yaşanır.  Müqəddəs kitabımız “Qurani Kərim”də “bir insanı öldürsən, bütün insanlığı öldürmüş olarsan” kimi bir ayə var. Bu ayəyə rəğmən, müsəlmanların bir-birinə bu qədər qənim kəsilmələri üzücü bir durumdur.

Türkiyədə və müsəlman dünyasında baş verən mənfi hadisələrin səbəbini özümüzdə axtarmalıyıq. Adət-ənənəmizi, mədəniyyətimizi itiririk. Bayramlarda bir-birimizə zəng edib, təbrik etmək əvəzinə, mesaj göndəririk. Vaxtımız olsa da, böyüklərimizi ziyarət etmirik. Bu dəyərləri itirdikcə, işlərimiz daha da pisləşəcək. Hər zaman daha çox pul, şöhrət, vəzifə haqda düşünürük. Bu, hamımıza aiddir. Ən birinci tənqid isə özümədir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail