"Bursaspor"un baş məşqçisi millimizin üzvünə əvəzləyici axtarır

11.01.2017 | 550 dəfə oxunub

“Maraqlandığımız futbolçularla danışıqları davam etdiririk. İlk növbədə, Stankunu komandamda görmək istəyirəm”. Stadium.Az xəbər verir ki, bu sözləri “Bursaspor” klubunun baş məşqçisi Hamza Hamzaoğlu deyib.

Türkiyənin radiolarından birinə açıqlama verən çalışdırıcı maraqlı fikirlər səsləndirib. Hamzaoğlu “Gənclərbirliyi”nin rumıniyalı futbolçusu Boqdan Stankunu nəyin bahasına olursa-olsun, transfer etmək istədiklərini və onu Azərbaycan yığmasının da formasını geyinən Dəniz Yılmazın yerində oynatmağı düşündüyünü bildirib:

“Stanku məsələsi ilə bağlı klublar arasında danışıqlar davam edir. Boqdanı ixtiyarımda görmək istəyirəm. Onu Dəniz Yılmazın mövqeyində oynatmağı düşünürəm. Çünki Dəniz o mövqedə yalnız qalır”.

Hamzaoğlu “Bursaspor”un ilk dövrədəki çıxışını da dəyərləndirib: “İlk dövrəni istədiyimiz yerdə bitirdik. Ciddi zədə alan futbolçularımız oldu. Buna baxmayaraq, iddiamızdan dönmədik. “Bursaspor”un çempionluğundan sonra bu klubdan həmişə yaxşı çıxış gözlənilir”.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

25.02.2017

24.02.2017

23.02.2017

22.02.2017

   
  O Q H M T-f X
1. Qarabağ 19 13 3 3 33:10 42  
2. Qəbələ 19 12 6 1 38:10 42  
3. İnter 19 8 9 2 32:19 33  
4. Sumqayıt 19 6 7 6 20:23 25  
5. Zirə 19 6 5 8 17-21 23  
6. Neftçi 19 5 2 12 14-33 17  
7. Kəpəz 19 3 7 10 12-22 16  
8. AZAL 19 1 5 13 7-33 8  
19.02Sumqayıt 1-0AZAL
19.02Qəbələ 2-0Qarabağ
18.02Neftçi 0-0Kəpəz
18.02İnter 1-1Zirə
01.01 -
01.01 -
29.10AZAL -Qarabağ
29.10Qəbələ -Neftçi