Cüneyt Çakırın "FETÖ"çu olub olmaması araşdırılacaq

26.01.2017 | 4524 dəfə oxunub

Türkiyə futbolunda FETÖ ilə bağlı araşdırmaların növbəti dalğası başlayır. Goal.az "Habertürk"ə istinadən xəbər verir ki, 2008-ci ildən indiyə qədər bütün əhəmiyyətsiz görünə biləcək faktlara da diqqət yetiriləcək. Məsələn, kimin övladları Fətullah Gülenin məktəblərində oxuyub, "Bank Asya" ilə kimlərin əlaqəsi olub, "ByLock"dan istifadə edən kimlər olub. İdman Nazirliyi, federasiya və komitələr də süzgəcdən keçiriləcək. Hazırda əksəriyyəti aşağı dəstələrdən olan 2 min "FETÖ"çü üzə çıxarılıb. İsmail Demiriz, Arif Erdem, Hakan Şükür, Uğur Tütüneker kimi sabiq futbolçularla yanaşı, əvvəllər adı FETÖ ilə hallanmayan şəxslərin də "qara siyahı"ya düşdüyü bildirilir.

2012-ci il mayın 12-də Kadıköydə keçirilən "Fənərbaxça" - "Qalatasaray" (0:0) qarşılaşması da araşdırılacaq. Bu oyunda 1 xal qazanan "Cim bom" əzəli rəqibinin meydanında tarixi çempionluq kubokuna sahib çıxmışdı. Eyni zamanda 18 hakimin FETÖ ilə əlaqəsinin olub-olmaması üzrə iş açılacaq.

Bu hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarık Ongun, Deniz Ateş Bitnel, Deniz Çoban, Serkan Ergün, Süleyman Abay, Mustafa Dönmez, Gökhan Ongaç, Eser Birinci, İlker Meral, Edem İrel, Çağatay Şahan, Adil Sinem, Cevdet Kömürcüoğlu, Bahattin Şimşek, Kutluhan Bilgiç, Emre Altundur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail