Klubu millimizin hücumçusunu bağışladı

23.02.2017 | 4817 dəfə oxunub

"Bursaspor"un əsas komandasından uzaqlaşdırılan millimizin üzvü Dəniz Yılmaz bağışlanıb. Stadium.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatına komandanın baş məşqçisi Mutlu Topçu məlumat verib. 

O,  Super Liqanın 21-ci turunda "Kayserispor"la oyundan sonra cəzalandırılan Dəniz Yılmaz və Sərcan Yıldırımın heyətə qaytarıldığını bildirib:
"Bu futbolçuların komandadan uzaqlaşdırılmasına mən və rəhbərlik qərar vermişdik. Onları düzgün yola gəlmələri üçün bu addımı atmışdıq. Növbəti oyunlara ciddi hazırlaşmalarını istəyirdik. Qarşıdan gələn matçlarda hər iki futbolçunu meydanda görə bilərsiniz".

Türkiyə Super Liqasının 21-ci turunda  “Kayserispor”la keçirilən oyunda (0:2) rəqibə qarşı kobud oynayan Yılmaz birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Həmin oyundan sonra millimizin üzvü "Bursaspor"un əsas komandasından uzaqlaşdırılmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail