"Azərbaycan millisinin dəftəri mənim üçün bağlandı" deyən futbolçu: "Bu millidə oynayacam"

14.03.2017 | 4712 dəfə oxunub

Türkiyə I Liqasında çıxış edən “Adana Dəmirspor”un futbolçusu Sercan Kaya milli komandamızda oynamaq istədiyini deyib.

Stadium.Az xəbər verir ki, o, yerli “Four four two” nəşrinə müsahibəsində Azərbaycan yığmasından təklif aldığını və bunu qəbul edəcəyini açıqlayıb:

 

“Azərbaycan milli komandasından təklif aldım. Anamın atası azəri əsillidi. Bilmirəm hardan öyrəniblər, ancaq dəvət yolladılar. Mən də qəbul etməyi düşünürəm. Yaxın vaxtlarda çağıracaqlarını dedilər. Keçmişdə Türkiyə millisinin müxtəlif yaş qruplarında oynadım, əlimdən gələni də etmişəm. Azərbaycanı da özümə uzaq görmürəm”.

2013-cü ildə “Rizəspor”da çıxış edərkən də millimizdən dəvət aldığını açıqlamış futbolçu o vaxt təklifi qəbul etməmişdi. Sercan Kaya o zaman məsələyə belə nöqtə qoymuşdu:

“Azərbaycan milli komandasında oynamaq variantım vardı. Rəsmi görüşlərin ardından bu barədə fikirləşmək üçün vaxt istəmişdim. Ötən ay düşərgəyə çağırılarkən düşünüb qəbul etməmək qərarı aldım. Azərbaycan millisinin dəftəri mənim üçün bağlandı. Yaxşı oynamağa davam etsəm, Türkiyə millisinin formasını geyinə biləcəyimi düşünürəm. Təbii ki, çatışmayan cəhətlərim var. Bunları da məşq edərək aradan qaldırmağa çalışıram. Hər oyunçu yığma komanda formasını geyinmək istəyər. Mənim də hədəfim A milinin formasını geyinməkdir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail