Dəniz Yılmaz: "Qrupdan çıxa biləcəyik”

27.03.2017 | 3689 dəfə oxunub

“Almaniya yığması çox güclüdür. Dünya və Avropa çempionu olan komandaya qarşı oynadıq. Onlara qarşı oynamaq asan deyildi. Pozitiv düşünürük. İrəlidə oyunlarımız var və inanırıq ki, qrupdan çıxa biləcəyik”.

Stadium.Az xəbər verir ki, bu sözləri millimizin hücumçusu Dəniz Yılmaz DÇ-2018-in Almaniyaya qarşı oyunundan (1:4) sonra jurnalistlərə açıqlamasında bildirib. 

O, yığmaya yeni cəlb olunmasına baxmayaraq, komanda yoldaşları ilə anlaşa bildiyini deyib: “Komanda yoldaşlarımı başa düşməkdə çətinlik çəkdiyimi deməzdim. Düşünürəm ki, hər şey yaxşı idi”

29 yaşlı forvard matça əsas heyətdə başlamadığına görə probleminin olmadığını, baş məşqçinin qərarlarına hörmət etdiyini söyləyib: “Heç bir narazıçılığım yoxdur. Bu, mənim üçün problem deyil. Baş məşqçimizin qərarlarına hörmət edirəm”

O, Almaniyanın “Bavariya” klubunda birlikdə oynadığı sabiq komanda yoldaşı Tomas Müllerlə oyunun gedişində olan dialoqundan danışıb:

“Dəyişən bir şey yoxdur. Tomas Müller köhnə dostumdur, “Bavariya”da bir yerdə oynamışıq. Yaxşı anlaşırıq, dialoqumuz da dostluqdan irəli gəlirdi. Biz hələ də dostuq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail