Həmyerlimiz yenə Türkiyəyə qızıl qazandırdı

19.05.2017 | 3629 dəfə oxunub

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının ən sürətli atleti müəyyənləşib.

Stadium.Az xəbər verir ki, bu, hazırda Türkiyə milli komandasının heyətində çıxış edən əslən azərbaycanlı sprinter Ramil Quliyevdir.

27 yaşlı idmançı həm 100 metr, həm də 200 metr məsafələrə qaçışda birinci yeri tutub. Quliyev bu məsafələri müvafiq olaraq, 10,6 saniyə və 20,08 saniyəyə qət edib. Azərbaycan təmsilçiləri isə 100 metr məsafəyə qaçışda nəinki final, heç yarımfinal mərhələsinə də yüksələ bilməyiblər. Kamran Əsgərov bu məsafəni 11,04 saniyəyə, Ramiz Məlikov 11,26 saniyəyə qaçıb.

200 metr məsafəyə qaçışda isə Yevgeni Kasilov təsnifat mərhələsində 21,97 saniyə, Arif Abbasov 22,65 saniyə nəticə göstərib. Onlar yarımfinala yüksəlsələr də, müvafiq olaraq, 21,96 saniyə və 22,45 saniyə göstəriciləri finala vəsiqə üçün yetərli olmayıb.

Ramil Quliyev 2011-ci il aprelin 4-dən Türkiyəni təmsil edir.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail