Kuareşma: "Dünya çempionu adını qazanmaq istəıyirəm"

02.06.2017 | 7063 dəfə oxunub

"Beşiktaş"ın futbolçusu Rikardo Kuareşmanın adı Çin klubları ilə hallanır. Stadium.Az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi bu transfer söz-söhbətlərinə aydınlıq gətirib.

"Beşiktaş"ı sevirəm. 2018-ci il dünya çempionatına getmək istəyirəm. Bu səbəbdən klubumda qalacam. Burdan getmək barədə düşünmürəm.

Məni "Beşiktaş" və Portuqaliya millisi maraqlandırır. Fransada Avropa çempionu olduqdan sonra "Beşiktaş" da Türkiyənin ən güclüsü oldu. Bu, mənim üçün böyük şərəfdir. Şenol Güneş kimi məşqçi ilə çalışmaq karyeramda çox önəmli yer tutacaq.

Söz-söhbətlərə fikir vermirəm. Çin hardan çıxdı? Bir vaxt Türkiyədən gedəcəm. İndisə milli komanda ilə dünya çempionu adını qazanmaq istəıyirəm. Türkiyə və İstanbulu çox sevirəm. Ailəm burda xoşbəxtdir. Azarkeşlər məni sevir, mən də onları"  deyə portuqaliyalı havbek qeyd edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail