Fikrət Orman: "... hər kəsi satarıq"

04.06.2017 | 6596 dəfə oxunub

"Beşiktaş"ın prezidenti Fikret Orman Türkiyədə yayımlanan kanallardan birində qonaq olub.  Stadium.Az xəbər verir ki, türkiyəli funksioner maraqlı açıqlamalar verib.

"Beşiktaş"ın bu mövsüm çempion olması böyük işdir. Komanda oyunu oynadıq. Kuareşma ötən mövsüm çox fəal idi. Ən əsası burda sakitlik var. Qarışıqlıq kluba, azarkeşlərə pis təsir edir. 100-cu ildə (2003) çempionluq əldə etdiyimiz vaxt sakitlik hökm sürürdü.

Bizim "Fənərbaxça" ilə işimiz yoxdur. Onların isə gündəmi Fikret Orman və Şenol Günəşdir. "Fənərbaxça"nı idarə edənlərin zehniyyəti xoşagələn deyil.

Basketbolda "Euroleague" haqqında mənfi danışdım "Fənərbaxça"nın üzərinə çevirdilər. Bu turnirdə kuboku aldılar. Bu, böyük nailiyyətdir".

Orman "qara qartallar"ın transfer planları barədə də danışıb:

"Beşiktaş"a kim gəlmək istəməz? Burda Lensin yoldaşları var. "Fənərbaxça"ya gəlməzdən öncə də onunla maraqlanmışdıq. Baş məşqçimizlə transfer barədə söhbət etməmişdik.

Gökhan Töre komandaya qayıdır. Cinahlarda Rayan Babel, Töre, Kuareşma oynayacaq. Demba Ba və Abubakar da inşallah olacaq. Heyətimiz dərinləşir. Pedro Franko, Miloşeviç, Denis Boyko və Mustafa Pektemek də gəlir. Yaxşı pul təklif edilsə, hər kəsi satarıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail