Fatih Terim açıqladı: Arda onu söyübmüş

12.06.2017 | 4926 dəfə oxunub

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Kosovonun qonağı olan “ay-ulduzlular” 4:1 hesablı qələbə qazanıblar. 

Stadium.Az xəbər verir ki, matçdan sonra təşkil olunan mətbuat konfransında Fatih Terim Arda Turanla bağlı danışıb:

“Bizim də səhvimiz olur. “Hər şeyi düz etdim” demirəm. Mənim də kimlərinsə yanlış başa düşəcəyi hərəkətlərim ola bilər. Övladımız hesab etdiyimiz idmançıların həyatı boyu yüksək yerlərdə olmasından başqa heç nə düşünə bilmərik.

Məsələ Bilal Meşe və ya jurnalistlərin təyyarəyə alınması məsələsi deyildi. Onları təyyarəyə mən mindirtmişdim. Çünki jurnalistlərin 1070 km məsafəni avtomobillə qət edəcəklərini bildirdilər.

Uzun yol olduğunu nəzərə alıb, “bizimlə gələ bilərlər” dedim. Belə bir addım atdığımız ilk dəfə deyil. Bir şey haqda qərar verərkən, oyunçuların fikrini soruşmuruq. 

Ardanın son hərəkətinin qarşılığı millidən ayrılmaq idi. Bu, qırmızı vərəqəlik davranış idi. Onu Bilal Meşe ilə sonradan bir araya gətirib, barışdırmaq fikrimiz var idi. Komanda yoldaşları Ardaya dəstək olmaq üçün məndən icazə istədilər, mən də razılıq verdim. Mətbuat konfransı keçirməsini biz istədik. Amma qərarı belə oldu. Kaş olmayaydı. Məsələni komanda daxilində çözə bilərdik”.

Arda Turan təyyarədə jurnalist Bilal Meşeni vuraraq onun ünvanına "səni bura mindirənin..." deyərək təhqiramiz ifadələr işlətmişdi. Terimin bu açıqlamasından sonra bəlli olur ki, Bilal Meşeni təyyarəyə o mindiribmiş.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail