"Barselona"dan "yaşıl işıq": Arda "Qalatasaray"la anlaşdı

08.11.2017 | 3996 dəfə oxunub

“Barselona”nın yarımmüdafiəçisi Arda Turan çox güman ki, karyerasını Türkiyədə davam etdirəcək. Stadium.az xəbər verir ki, 30 yaşlı futbolçu sabiq komandası “Qalatasaray”la anlaşıb.

 Bir neçə gün əvvəl Ardanın keçidə razılığını alan “sarı-qırmızılılar”ın İspaniya klubu ilə danışıqları da yekunlaşmaq üzrədi. İstanbul nəhənginin 1,5 illik icarəyə götürmək təklifi “Barsa” tərəfindən qəbul edilib. İlkin razılığa əsasən, Arda yanvardan etibarən “Qalatasaray”ın formasını geyinəcək. Hətta müqaviləyə onun gələn ilin yayında Türkiyə klubuna transfer olunması maddəsi də əlavə ediləcək.

 Qeyd edək ki, Arda Turanın “Barselona” ilə müqavilə müddəti 2020-ci ilin yayına qədərdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail