Cenk Tosunun satış şərtləri açıqlanıb

07.01.2018 | 4724 dəfə oxunub

Türkiyənin "Beşiktaş" klubu Cenk Tosunun İngiltərə "Everton"una transferinin maliyyə tərəflərini rəsmən açıqlayıb.

Stadium.Az xəbər verir ki, İstanbul təmsilçisinin rəsmi açıqlamasında Tosunun 22 milyon avroya satıldığı açıqlanıb.

Bundan başqa, "Everton" 1 milyon 157 min 895 avro həmrəyliyə dəstək payı kimi ödəyəcək. İngiltərə klubu Avropa Liqasına vəsiqə qazansa, "Beşiktaş"a 500 min avro çatacaq. Çempionlar Liqasına vəsiqə təqdirində isə bu rəqəm 750 min avro olacaq.

Tosun Premyer Liqada azı 25 oyunda (bu mövsüm 10 matçda olmaqla) meydana start heyətdə çıxsa, Türkiyə klubu daha 500 min avro irəli düşəcək.

Cenk müqavilə müddəti ərzində Premyer Liqada bir mövsümə 15 qol vursa, 500 min avro, 25 qol vursa, 1 milyon avro "Beşiktaş"ın hesabına daxil olacaq.

O, gələcəkdə üçüncü kluba keçsə, həmin klubun "Everton"a ödədiyi transfer haqqı ilə "Everton"un həmin dövrədək "Beşiktaş"a ödədiyi transfer məbləği arasındakı fərqdən əmələ gələn məbləğin 7,5 faizi "qartallar"a çatacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail