Cenk Tosun: "Türkiyə millisini seçməyim bu səbəbdən çox asan oldu"

05.04.2018 | 4683 dəfə oxunub

"Yaxşı futbolçu olmaqla yanaşı, gözəl insan olmağı da hədəfləyirəm. İngiltərəyə adaptasiya olmaq çətindir. Burada futbol tam fərqlidir. Daha güclü və sürətlidir. Bu yerə gəlmək üçün çox çalışmışam. Bacarıq, istək, əzmlə yanaşı, ailənin də dəstəyi önəmlidir. "Beşiktaş"dakı komanda yoldaşlarımın mənim üçün darıxdıqlarını bilirəm. Mən də onları tez-tez xatırlayıram. Mənim İngiltərədə görəcək çox işlərim var".

Goal.az xəbər verir ki, bu sözləri "Everton"un hücumçusu Cenk Tosun söyləyib. Qış fasiləsində "Beşiktaş"dan "Everton"a transfer olan futbolçu klubun saytına danışıb. O, adaptasiya mərhələsini adladığını deyib:

 "Tottenhem"lə oyundan öncə normal məşq etməmişdim. Bu da performansıma təsir etdi. Ancaq 2-3 həftə ərzində toparlana bildim. Böyük ümidlərlə "Everton"a gəlmişəm. Sem Ellardays performansım artıqca mənə şans verdi. Artıq adaptasiya mərhələsini adlamışam. Ümid edirəm ki, hər həftə və uzun illər "Everton" üçün oynayaram".

Tosun Almaniyanın əvəzinə Türkiyə yığmasını seçməsindən də söz açıb: 

 "Vətənpərvərlik ailəmizdə başlıca məsələdir. Türkiyə millisini seçməyim bu səbəbdən çox asan oldu".

"Beşiktaş"da 23 nömərli futbolkada çıxış etmiş forvard "Everton"da "14"-ü seçməyinin səbəbini deyib:

"Şeymus Koulman "Everton"da 8 ildir ki, 23 nömrəli formada çıxış edir. Bu səbəbdən "23"-ü ağlımdan çıxardım. Koulmanı çox istəyirəm. 23 nömrəli formanı ondan heç istəmədim və bu düzgün də olmazdı. Daha sonra diqqətimi 14 nömrəli forma çəkdi. Tyerri Anri kimi böyük futbolçular bu nömrə altında top qovublar. Mən də bu səbəbdən belə seçim etdim".

"Briqton"la matçda dubla imza atan forvard həmin oyunu unutmayacağını söyləyib:

"Fiziki gücünü artırsaz, yaxşı formada olacaqsız. Baş məşqçi məni qorumaq üçün bir neçə oyunda ehtiyatda saxladı. Sonra yenidən azarkeşlərimizin önündə start heyətdə oyuna daxil oldum. Vurduğum qollarla və qazandırdığım xallara görə qürur duydum. "Qudison Park"da vurduğum qolları heç vaxt unutmayacam. Azarkeşləri sevincli gördüm və tüklərim biz-biz oldu".

26 yaşlı forvard Premyer Liqada 8 oyuna (503 dəqiqə) 4 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail