"Beşiktaş" yeni transferlərini təqdim edib

29.07.2018 | 4165 dəfə oxunub

Türkiyənin “Beşiktaş” klubu yeni transferlərini rəsmən ictimaiyyətə təqdim edib. Stadium.Az xəbər verir ki, İstanbul təmsilçisi Meksikanın “Krus Asul” klubundan Enzo Rokonu heyətinə qatıb.

Çilili mərkəz müdafiəçisi ilə 4 illik müqaviləyə imza atıb. Azad agent kimi transfer edilən 25 yaşlı futbolçuya görə “Beşiktaş” heç bir təzminat ödəməyib. Roko “qara qartallar”ın bu yay ilk legioner transferi olub.

İstanbul klubu Rokonun ardından Umut Nayır transferini də açıqlayıb. Geridə qalan mövsümdə icarə əsasında “Ankaragücü”ndə çıxış edən 25 yaşlı hücumçu ilə də 4 illik müqavilə imzalanıb.

“Osmanlıspor”dan alınan futbolçuya görə “Beşiktaş” 250 min transfer haqqı ödəyib. Umutun özü isə yeni klubunda ilinə 1 milyon 750 min avro qazanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail