“Trabzonspor” Ramil Şeydayevi göndərdiyini açıqlayıb

10.08.2018 | 4165 dəfə oxunub

Türkiyənin “Trabzonspor” klubu futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə yollarını ayırıb.

Stadium.Az xəbər verir ki, bu barədə Trabzon klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Qara dəniz təmsilçisi 22 yaşlı hücumçu ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib.

“Trabzonspor” Şeydayevə komandada qaldığı və icarəyə verildiyi müddətdə bütövlükdə 370 min avro ödəyib. Onun Türkiyə klubu ilə 2020-ci ilə qədər müqaviləsi mövcud idi.

Ramil Şeydayev 2016-2017 mövsümündə 170 min avro müqabilində Rusiyanın "Zenit" komandasından "Trabzonspor"a keçmişdi. O, 2017-2018 mövsümünü icarə əsasında "Qarabağ"da keçirib. Ağdam təmsilçisindən öncə isə Ramil Slovakiyanın “Jilina” klubunda icarədə oynayıb. Hər iki halda “Trabzonspor” millimizin üzvünü pulsuz icarəyə verib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail