İngiltərə Premyer Liqasından "Qalatasaray"a

29.08.2018 | 4114 dəfə oxunub

Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Stadium.Az xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin “Stok Siti” klubunun yarımmüdafiəçisi Badu Ndiayeni heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Türkiyə çempionu Ndiayeni bir mövsümlük icarəyə götürüb. “Qalatasaray” bu keçid qarşılığında “Stok Siti”yə 750 min avro icarə haqqı ödəyəcək. Ndiaye özü isə yeni komandasında ilinə bütövlükdə 2 milyon 700 min avro qazanacaq.

Bu, Ndiayenin “Qalatasaray”a ikinci gəlişidi. O, 2017/18 mövsümünün ilk dövrəsində də bu komandanın uğurları üçün çalışıb. “Qalatasaray”dan ayrılandan bəri isə o, “Stok Siti”də çıxış edir.

Ndiaye Seneqal yığmasında 18 oyun keçirib, 1 qola imza atıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail