"Şenol Günəş mövsümün sonunda "Beşiktaş"dan ayrılacaq"

30.09.2018 | 4509 dəfə oxunub

"Beşiktaş"ın baş məşqçisi Şenol Günəşin böyük qardaşı Zəkəriyyə Günəş Trabzonda yayımlanan "Karadeniz" qəzetinə müsahibə verib.

Stadium.Az xəbər verir ki, o, kiçik qardaşının mövsümün sonunda "Beşiktaş"dan ayrılacağını düşündüyünü bildirib: 

"Fikrimcə, mövsümün sonuna qədər komandada qalacaq. Azarkeşlər onu saxlayır. Bu mövsümün sonunda yollarını ayıracağını düşünürəm. Ondan sonra komanda çalışdıracağına inanmıram. Milli komandadan xüsusi istək olarsa, gedər. "Trabzonspor"a dönəcəyini düşünmürəm".

Zəkəriyyə Günəş qardaşı ilə Fatih Terimi müqayisə edir: "Fatih Terim özünü yaxşı gündəmə gətirir. Şenol isə bu işləri bilmir. Baxın, Fatih Terimin doğum günündə qəzetlər tam səhifə ayırır. Amma Şenol dünyanın ən yaxşı məşqçiləri ilə bir araya gəlir, kibrit qutusu qədər yer verilir. Fatih Terim yaxşı piarçıdır, Şenol isə xalqçı. Fatih Terim alışmadan dövlətdən pul aldı, Şenol isə hələ də pulunu ala bilməyib".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail