Burak Yılmaz "Beşiktaş"da?

29.12.2018 | 3679 dəfə oxunub

Cari mövsüm "Trabzonspor"da problemlərlə üzləşən Burak Yılmaz klubdan ayrılıb.

Stadium.az xəbər verir ki, Türkiyə millisinin üzvü karyerasını "Beşiktaş"da davam etdirəcək. İstanbul klubunun transferlərlə məşğul olan rəsmisi Umut Güner Trabzon təmsilçisiylə və futbolçunun agentiylə görüşüb. Anlaşmaya görə, "Trabzonspor"un Buraka olan borclarının dörddə üçünü "Beşiktaş" ödəyəcək. Qalan hissəni isə qara dəniz təmsilçisi öz boynuna götürüb. 33 yaşlı futbolçu "qara qartallar"da maaşının 3 milyon avro olmasına razılıq verib. Transferinin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir. Qeyd edək ki, Burak Yılmaz ötən il Çinin "Beyiçzin Qoyan" klubundan "Trabzonspor"a keçmişdi. Burak 2006-2008-ci illərdə "Beşiktaş"da oynayıb. Təcrübəli hücumçu "Antalyaspor", "Manisaspor", "Fənərbağça", "Qalatasaray", "Əskişəhərspor" kimi klubların da şərəfini qoruyub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail