"Fənərbaxça"da köklü dəyişikliklər

31.12.2018 | 3425 dəfə oxunub

Türkiyə Super Liqasında uğursuz mövsüm keçirən "Fənərbağça" qışda bir çox oyunçunu yola salmağa qərar verib.

Stadium.az xəbər verir ki, İstanbul klubu ilə mövsümün sonunda 14 futbolçunun müqaviləsi başa çatacaq. Baş məşqçi Ərsun Yanal rəhbərliyə həmin oyunçulara qış transfer dönəmində təklif gələcəyi halda, satılmalarını istəyib. 57 yaşlı mütəxəssis icarə əsasında komandada çıxış edən Yasin Benzia və İslam Slimaninin performansından razı deyil. Onlarla qış fasiləsində yolların ayrılması mümkündür. "Sarı-lacıvərdlilər" yayda azad agent statusu ilə heyətinə qatdığı Dieqo Reyesdən də narazıdır. Meksika millisinin üzvünün də yanvarda göndəriləcəyi ehtimalları böyükdür 

"Fənərbağça" ilə mövsümün sonunda müqaviləsi başa çatan oyunçular: Volkan Dəmirəl, Erten Ersu, Roman Noyştadter, Martin Şkrtel, Şener Özbayraklı, Yiğithan Güveli, İsmail Köybaşı, Tolga Ciğerçi, Atif Şeşue, Matye Valbuena, Roberto Soldado, Yasin Benzia, Andre Ayyu və İslam Slimani.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail