Türkiyədə futbol tarixində görünməmiş olay: Baş məşqçi 4 saat sonra istefa verdi

02.06.2019 | 639 dəfə oxunub

"Kasımpaşa" klubunda baş məşqçi vəzifəsinə gətirilən İbrahim Üzülməz təyinatından cəmi 4 saat sonra baş məşqçi postundan istefa verib.

Stadium.Az xəbər verir ki, bu barədə 45 yaşlı mütəxəssisin özü açıqlamasında bildirib. Üzülməz 1 illik müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulduğunu söyləyib:

"İmzalanma mərasimindən sonra növbəti mövsümə hazırlıqla bağlı müzakirələrimizdə fikir ayrılığı yaşadıq. Bu səbəbdən, Kasımpaşa ilə yollarımızı ayırdıq. Hər kəs üçün xeyirlisi olsun".

İbrahim Üzülməz baş məşqçi postunda əvvəllər "Xəzər Lənkəran"da da çalışmış Mustafa Dənizlini əvəzləmişdi. "Kasımpaşa" 2018/2019 mövsümündə Türkiyə Super Liqasını 39 xalla 14-cü pillədə başa vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
"Çox möhtəşəm bir kluba gəlmişəm" - "Qarabağ"ın yeni transferi
Son xəbərlər

20.07.2019

19.07.2019

18.07.2019

19:47  "Neftçi" - "Sperantsa" - HEYƏTLƏR

18:50  "Universitatya" - "Səbail" - HEYƏTLƏR

17.07.2019

20:24  "Qarabağ" - "Partizani" -HEYƏTLƏR

16.07.2019

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi