"Qalatasaray" yenidən "Atəş"ləndi

01.02.2012 | 5812 dəfə oxunub

"Qalatasaray" qış transfer pəncərəsinin son günlərində heyətini gücləndirib. Stadium.az xəbər verir ki, İstanbul nəhəngi hücum xəttinə yeni futbolçu cəlb edib. Bu, "Antalyaspor"da çıxış etmiş Necati Atəşdir.

Fatih Terimin istəyi ilə futbolçu ilə danışıqlara başlayan rəhbərlik Necatinin transferinə qısa müddətdə nail olub. Necatinin də "Qalatasaray"a geri dönməyi çox istəməsi transferin asanlıqla baş tutmasında böyük rol oynayıb.

Artıq İstanbulda olan və yaxın müddətdə könnə-yeni komandası ilə müqavilə bağlayacaq Necati transferi ilə bağlı açıqlamasında bunları dilə gətirib: "Transferimin baş tutmasında Fatih Terimin məni istəməsi əsas rol oynayan amil oldu. Mən də yuvama qayıtmağı çox istəyirdim. Buna görə də heç bir məbləğ düşünmədən "Qalatasaray"a qayıtmağa üstünlük verdim".

"Qalatasaray"a dönmək üçün "Antalyaspor"dan alacağı məbləğdən də imtina etdiyini deyən Necati bunun çox da önəmli olmadığını vurğulayıb: "Maddi məsələlərin çox da önəmi yoxdur. "Qalatasaray" camiəsi üçün çox darıxmışdım. Yenidən burda olduğuma görə xoşbəxtəm. İnşallah, əlimdən gələni edəcəm və əvvəlki günlərdəki kimi komandama xeyir verib azarkeşlərimizə sevinc bəxş etmək istəyirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail