Şenol Günəş: "Gedin, Trampla, Makrondan soruşun"

15.10.2019 | 5888 dəfə oxunub

AÇ-2020-nin seçmə mərhələsində Parisdə Fransa yığması ilə 1:1 hesablı heç-heçə edən Türkiyə millisinin baş məşqçisi Şenol Günəş oyundan sonra fikirlərini bölüşüb.

Stadium.az xəbər verir ki, 67 yaşlı mütəxəssis qeydə alınmış nəticəni şərh edib: "Öncə Allahıma minnətdaram. Bir xal bizim üçün sevindiricidir. Qalib gəlmək lap gözəl olardı, amma Fransa güclü komandadır. Ağıllı oynamalı idik. Futbolçular əllərindən gələni etdi və layiq olduqları bir xalı qazandı. Azarkeşlərimiz də bizə dəstək verdi. Bütün türklərin bizdən uğur gözlədiyini bilirdik, asan keçmədi. O ümidi verdik və xoşbəxtliyə çevirmək istədik. İlk hissədə yaxşı oynamadıq. Fasilədən sonra yaxşı oynamağa başladıq, amma yetərli deyildi. Bu nəticə bizə vacib məsafə qazandırdı. İslandiya və Andorranı da məğlub etsək, qrupda lider ola bilərik".

Təcrübəli çalışdırıcı azarkeş dəstəyindən danışıb: "Tribunalar gözəl görünürdü. Hər oyunda belə olmasını istərdim. Bizim azarkeşlər çox yaxşı idi. Fransanın da fanatları yaxşı görüntü sərgiləyirdi. Bizim fanatların səsini batırmağa çalışırdılar. Gözəl atmosfer idi. Matç dostluqla bitdi. İslandiya ilə oyun final xarakteri daşıyacaq. Üstünlüyümüz yoxdur. Çünki arxamızda Fransa kimi komanda var. Fransadan dörd xal almaq və lider olmaq gözəldir. Xoşbəxtik, inşallah, belə davam edər".

Şenol Günəş türkiyəli futbolçuların qol sevincini əsgər salamı ilə qeyd etmələri barədə bunları deyib: "Əsgər salamında pis niyyət yoxdur, elə fikirlərə sahib deyilik. Əsgər salamını onu-bunu öldürmələri üçün etmirik. Əsgərlərimiz bizi qorumaq üçündür. Bunları həmişə mənə sual verirsiniz, ancaq belə şeylər Donald Trampla (ABŞ prezidenti - red) Emmanuel Makronun (Fransa prezidenti - red) işləridir. Gedin, onlardan soruşun. Mən komandanı çalışdırıram".

H qrupunda qərarlaşan Türkiyə yığması 8 turdan sonra 19 xalla 1-ci yerdə qərarlaşıb. 2-ci pillədəki Fransanın da 19 xalı var. İslandiya 15 xalla 3-cü yerdədir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail