"Azərbaycan milli komandasının baş məşqçisi olmağa yaxın idim"

21.04.2020 | 5233 dəfə oxunub

“Təklif gələrsə, Azərbaycanda işləməyə hazıram. Bu, baş məşqçi kimi də ola bilər, başqa bir iş də. Təcrübəmi yerli həmkarlarımla bölüşməyə hazıram”.

Goal.az xəbər verir ki, bunu Türkiyənin məşhur futbol mütəxəssislərindən olan Yılmaz Vural deyib.

Türkiyənin I divizion klubu “Akhisarspor”un baş məşqçisi bunları “İdman TV”yə telefon bağlantısında deyib. 67 yaşlı məşqçi vaxtilə Azərbaycan millisində çalışmaq imkanı olduğunu bildirib:

“Azərbaycan milli komandasının baş məşqçisi olmağa yaxın idim, danışıqlar olmuşdu. Ancaq sonra AFFA rəsmiləri Robert Prosineçkini seçdilər.

Məncə, təcrübələrimə ehtiyac var. Gənc məşqçilərin dünya futboluna öyrəşməsini təmin etmək və buna uyğun gənc məşqçilər yetişdirmək lazımdır. Federasiyanız bunu etməlidir.

Milli komandaya xarici məşqçi gətirməyin. Azərbaycan millisini yerli məşqçi çalışdırmalıdır. Bir ölkənin millisinin uğurlu olması üçün baş məşqçinin mentaliteti bilməsi, oyunçuları tanıması lazımdır. Mən Azərbaycan üçün özümü yad saymıram. Eyni dildə danışırıq. Futbolda texnika-taktika ilə yanaşı, bir də mənəvi amil var”.

Qeyd edək ki, Azərbaycanın futbol millisində baş məşqçi postu hələ də boşdur. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail