Rəcəp Tayyib Ərdoğan da "Başakşəhər"in məşqçisinin irqçiliyə uğramasından danışıb

09.12.2020 | 4304 dəfə oxunub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda Fransada keçirilən PSJ - "Başakşəhər" oyunundakı xoşagəlməz hala münasibət bildirib.

Stadium.Az xəbər verir ki, bununla bağlı şəxsi Tvitter hesabında yazan dövlət başçısı görüşün rumıniyalı dördüncü hakimi Sebastian Koltseskunun "Başakşəhər"in məşqçisi Pyer Veboya qarşı irqçi ifadə işlətməsini pisləyib:

"Təmsilçimiz "Başakşəhər"in texniki heyətindən Pyer Veboya qarşı irqçi ifadələri qətiyyətlə pisləyirəm, UEFA tərəfindən zəruri addımların atılacağına inanıram. İdmanda və həyatın bütün sahələrində irqçiliyə və ayrıseçkiliyə qeyd-şərtsiz qarşıyıq. #İrqçiliyə yox".

Xatırladaq ki, Veboya qarşı irqçiliyə baxmayaraq, matçın baş hakimi Ovidiu Hatseqan məşqçiyə qırmızı vərəqə də göstərərək, onu texniki zonadan qovub. Bundan sonra İstanbul təmsilçisi meydanı tərk edib və oyun yarımçıq dayandırılıb. Qarşılaşma bu gün saat 21:55-də qaldığı yerdən davam edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail