Şenol Günəş: "Heyətdəki futbolçuların heç biri dünya çempionatı görməyib"

03.02.2021 | 4190 dəfə oxunub

"Vəzifəyə başlayarkən, hədəfimiz AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanmaq idi. Bəzi çətinliklərimiz oldu. Amma yaxşı işlər görüb, mübariz, hamının bəyəndiyi komanda formalaşdırdıq. Bunun nəticədə özünü göstərməsi bizi sevindirdi".

Stadium.Az xəbər verir ki, bunu futbol üzrə Türkiyə millisinin baş məşqçisi Şenol Günəş bu il keçiriləcək Avropa çempionatındakı hədəfləri barədə danışarkən deyib.

69 yaşlı mütəxəssis bildirib ki, turnir ciddi hazırlaşsalar da, pandemiya bütün planları pozub: "Həm Türkiyə, həm də Avropa liqalarının dayandırılması oyunçulara mənfi təsir etdi. Gənc komandamız var, bu uşaqların ötən il Avropa çempionatında oynamağını, nələrə qadir olduqlarını görmək istəyirdim. Amma pandemiya buna mane oldu. Digər tərəfdən isə, zədələli oyunçularımızın sağalması yaxşı oldu".

Yığmanın ümumi durumunu dəyərləndirən Güneş AVRO-2020-də iz qoymaq istədiklərini vurğulayıb: "Dəyərimizi yüksəltmək istəyirik. Heyətdəki futbolçuların heç biri dünya çempionatı görməyib. Hər birinin məqsədi Türkiyəni layiqincə təmsil etməkdir. Bu yolla ölkəni daha yaxşı tanıda bilərlər. Ona görə də məsuliyyət çoxdur. Komandamızdan qürur duyacağımız oyun və nəticələr gözləyirik. AVRO-2020-də iz qoymaq istəyirik. Bu cür turnirlər ölkəni tanıtmaq üçün ən yaxşı səhnədir. Bundan maksimum yararlanmaq lazımdır".

2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.

Türkiyə millisi İtaliya, İsveçrə və Uelslə birlikdə A qrupunda mübarizə aparacaq. Bakı Olimpiya Stadionu qrupun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail