Fatih Terim üçün "İnter" iddiası

09.03.2012 | 9459 dəfə oxunub

"Qalatasaray"ın təcrübəli baş məşqçisi Fatih Terimlə bağlı maraqlı iddia ortaya atılıb. Stadium.az xəbər verir ki, bu barədə Türkiyənin "Milliyet" qəzeti yazıb. Məlumata görə, "imperator" ləqəbli mütəxəssis İtaliya klublarının hədəfinə çevrilib.

Onların arasında ölkənin ən köklü klublarından olan "İnter" də var. Vaxtilə İtaliya A Seriyasında "Fiorentina" və "Milan"ı çalışdırmış mütəxəssisin "İnter"in hədəfində olduğu bildirilib. Bu mövsüm heç də yaxşı formada olmayan Milan təmsilçisinin alternativləri arasında Andre Villas Boaş, Quardiola və Yoaxim Löv də var.

"Qalatasaray"la 3 mövsüm üçün anlaşmış, ancaq 1 illik müqavilə imzalamış Fatih Terimin "Cim-Bom"la mövsümün sonunda müqavilə yeniləyib-yeniləməyəcəyi maraqla gözlənilir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail