"Barselona" üçün Quardiolanın inanmadığı şans

10.04.2012 | 4916 dəfə oxunub

İspaniya La Liqasında çempionluq yarışı getdikcə daha da gərgin vəziyyət alır. Stadium.az xəbər verir ki, son oyunlarda xal itirən Madrid "Real"ı bir neçə tur öncəki üstünlüyünü əldən verib.

"Barselona"nı 10 xal qabaqlamış "Real" son 5 oyunda 6 xal itirib. Əvvəlcə ev oyununda "Malaqa", daha sonra isə səfərdə "Vilyareal"la heç-heçə etmiş "Real" son turda "Valensiya" ilə də sülh bağlayıb. Ardıcıl 9 turdur ki, qələbə qazanan "Barselona" isə rəqibi ilə xal fərqinin 4-ə enməsinə nail olub.

Bu, katalonların baş məşqçisi Pep Quardiola üçün də gözlənilməz olub. O, "Real"dan 10 xal geridə olarkən verdiyi açıqlamada çempionluq şanslarını itirdiklərini demişdi. İndi isə vəziyyət onun gözləmədiyi bir hal alıb. Belə ki, artıq "Barselona" çempionluq yarışına şərik olub.

Bundan sonra isə "Real"ı daha da çətin oyunlar gözləyir. Növbəti turda səfərdə "Atletiko" ilə qarşılaşacaq "Real" daha bir dəfə xal itirsə, çempionluğu da itirmiş ola bilər. Çünki Madrid komandası "Barselona" ilə aprelin 21-də "Nou Kamp"da qarşılaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail