İnzagi karyerasını başa vurub, “Milan”ın baş məşqçisi oldu

25.07.2012 | 4629 dəfə oxunub

                  

“Milan”ın və İtaliya millisinin sabiq üzvü Filippo İnzagi futbolçu karyerasını rəsmən başa vurub. Stadium.az xəbər verir ki, karyerasını başa vurmasına baxmayaraq, SuperPippo “Milan”dan ayrılmayıb. Bundan sonra İnzagi “Milan”ın gənclər komandasının baş məşqçisi vəzifəsini icra edəcək. İnzagi “Milan”la 2014-cü ilin 30 iyununadək nəzərdə tutulan rəsmi müqavilə imzalayıb.  

Qeyd edək ki, İnzagi 2001-ci ildən “Milan”ın şərəfini qoruyur. “Rossenyerlər”lə birlikdə Filippo 2 dəfə “A” seriyasını, 2 dəfə Çempionlar Liqasını, 2 dəfə İtaliya Superkubokunu, 2 dəfə Avropa Superkubokunu, 1 dəfə isə İtaliya kubokunu qazanıb.

İnzagi artıq “Milan”ın gənclər komandasının baş məşqçisi kimi ilk açıqlamasını verib. O bildirib ki, “Milan”dan başqa bir kluba futbolçu kimi gedə bilməzdi: “İngiltərədən rəsmi təklif almışdım. Amma mən “Milan”dan gedə bilməzdim. Başqa klubun formasında özümü təsəvvür edə bilmirəm. Buna səbəbdən də qəti qərar qəbul etdim ki, “Milan”da qalacağam. Qarşıdakı 2 ildə gənclər komandasını çalışdıracağam. Təbii ki, gələcəkdə “Milan”ın əsas komandasını çalışdırıb, Çempionlar Liqasının qazanmağı arzulayıram”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail