Jardel futbola qayıdır

21.11.2012 | 1825 dəfə oxunub

Məşhur braziliyalı hücumçu Mario Jardel yenidən böyük futbola qayıtmağı qərara alıb. Stadium.az xəbər verir ki, “Super Mario” növbəti mövsümdən “Qremio”da çıxış etmək istədiyini bildirib. 

O, Portu-Alleqri şəhərini təmsil edən klubda hələ 17 il əvvəl forma geyinib. Jardel orada 65 qol vurduqdan sonra Portuqaliyaya üz tutub. 39 yaşlı forvard indi də özünü yaxşı formada hiss etdiyini deyib: “Mən yaxşı şərab kimiyəm. Nə qədər yaşlı olsam da, o qədər yaxşı oluram”.

Təcrübəli hücumçu “Qremio”nun heyətində əvvəlcə dekabrın 19-da xeyriyyə matçına çıxacaq. Yaxın günlərdə isə o, klub prezidenti Fabio Koffla görüşərək, əməkdaşlıq perspektivlərini müzakirə edəcək.

Qeyd edək ki, Mario Jardel 1996 – 2000-ci illərdə Portuqaliya “Portu”sunun heyətində 125 oyuna 130 qol vurduqdan sonra Türkiyənin “Qalatasaray” komandasına keçib. O, “Cim-Bom”la UEFA Superkubokunu qazanıb və 24 oyuna 22 qol vurub. 2001-ci ildə Portuqaliya “Sportinq”inə yollanan Jardel 2 mövsüm ərzində 49 oyuna 53 qol müəllifi olub. Növbəti illərdə müxtəlif klubların formasını geyinməsinə baxmayaraq, “sambaçı” qeyri-sabit çıxış edib. Super Marionun sonuncu peşəkar klubu 2010-cu ildə Bolqarıstan “Çerno More”si olub. Lakin bu komandada Jardel 8 oyuna 1 qol vurub.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail