"Barselona" bir daha sübut etdi ki, bu komanda möhtəşəm olaraq qalır"

13.03.2013 | 4909 dəfə oxunub

“Barselona”nın baş məşqçisi Tito Vilanovanın yoxluğunda komandanı "Milan"a oyuna çıxardan onun köməkçisi Xordi Roura İtaliya təmsilçisini darmadağın etmələrindən danışıb. Stadium.az İspaniya mətbutaına istinadən xəbər verir ki, dünya nəhənginin çalışdırıcısı komandasının "Milan"ı 4:0 hesabıyla paramparça edərək Çempionlar Liqasında 1/4 finala yüksəlməsinə belə münasibət bildirib: “Milan”a 4:0 hesabı ilə qalib gəlmək hətta “Barselona” üçün qeyri-adi oldu. Onlar çox güclü komandadır. Bizim işimizi onlar ciddi çətinləşdirdilər. Son günlərdə Messi və bizim digər futbolçularımız tənqidə məruz qalırdılar. Amma biz nəyə qadir olduğumuzu və bacarıqlarımızı göstərdik. Bu gün Lionel fantastik matç keçirdi. Bir-iki oyunda istədiyimiz kimi çıxış etməməyimiz bizim eramızın sona çatdığından xəbər verə bilməz. "Barselona" bu gün bir daha sübut etdi ki, bu komanda möhtəşəm olaraq qalır. Gəlin etiraf edək ki, bu gün meydanda sadəcə "Barselona" vardı. Bu qələbə həm də baş məşqçimiz Vilanova üçün çox əhəmiyyətlidir. Xoşbəxtlikdən o, sağalır. Tito Nyu-Yorkda müalicəsini davam etdirir. Onun qayıdışına biz şadıq və bu qələbəni ona həsr edirik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail