"Barsa" dan daha bir rekord

11.04.2013 | 4509 dəfə oxunub

Çempionlar Liqasının 1/4 final mərhələsində 2 oyunun nəticəsinə görə PSJ-ni üstələyib yarımfinala keçən “Barselona” yeni bir rekorda imza atıb. Stadium.az xəbər verir ki, Kataloniya klubu 1992-ci ildən bu yana Çempionlar Liqası adı altında oynanan turnirdə 6 dəfə ard-arda yarımfinala çıxan ilk komanda ünvanına sahib olub. 

Belə ki, 2008-ci ildə Avropanın ən titullu klub turnirinin 1/4 finalında “Şalke” səddini keçən “Barsa”, yarımfinalda “Mançester Yunayted”ə boyun əyib. Bir il (2009) sonra bu kuboku qazanan kataloniyalılar 1/4-də “Bavarıya”nı məğlub edib, 2010-cu ildə isə “İnter” qarşısında aciz qalıb. 2011-ci ildə “Şaxtyor” üzərində qələbəyə sevinən “Barselona”, ötən mövsüm 1/4 finalda “Milan”ı keçib və yarımfinalda “Çelsi”yə uduzub. Ümumi götürdükdə isə “Barsa” 29-cu dəfə yarımfinala keçməyi bacarıb. 
Daha əvvəl də bu rekord Katalonların əzəli rəqibi “Real”a aid idi. Madrid təmsilçisi 5 dəfə ardıcıl olaraq yarımfinala vəsiqə qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail